Paytaxtın Nəsimi rayonunda icra başçısı sakinlərlə görüşüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Tədbirdə icra başçısı, eləcə də rəsmi qurumların nümayəndələri iştirak ediblər.

Görüşdə rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə bağlı mövzular müzakirə olunub, sakinlərin şikayət və təklifləri dinlənilib. Daha sonra onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulların bundan sonra da davam etdiriləcəyi bildirilir.

İcra başçısı Nəsimi rayonunda sakinlərlə görüşüb
Foto Nəsimi Rayon İcra Hakimiyyəti