Azərbaycanın İrandakı səfirliyində şəhid olan Orxan Əsgərovun dəfn mərasiminin vaxtı məlum olub. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Ötən gün gecə saatlarında İrandan Bakıya gətirilən nəşi birbaşa Təzəpir məscidinə aparılıb. Hazırda cənazə mərhumun Yasamaldakı evinə aparılır. Şəhid Orxan Əsgərov saat 12:00-da II Şəhidlər xiyabanında dəfn olunacaq.
Bundan əlavə, Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailələri də Bakıya təxliyə olunublar.









