Yenilənib:
Şəhid Orxan Əsgərov II Şəhidlər Xiyabanında dəfn olunub. Mərasimdə nazirlər və bir sıra dövlət rəsmiləri də iştirak ediblər. Şəhidin şərəfinə yaylım atəşi açılıb, dövlət himni səsləndirilib.




12:11 – Şəhid Orxan Əsgərov son mənzilə yola salınır
Azərbaycanın İrandakı səfirliyində həlak olan Orxan Əsgərov Şəhidlər xiyabanına yola salınıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az xəbər verir.
Şəhidlə vida mərasimi onun vaxtilə yaşadığı Yeni Yasamaldakı evində baş tutub. Onunla vidalaşmağa dövlət qurumlarının nümayəndələri, şəhidin yaxınları və digər vətəndaşlar gəliblər.
Hazırda cənazə II Şəhidlər xiyabanına yola düşüb.
Ötən gün axşam saatlarında şəhidin nəşi və səfirliyin əməkdaşları ailələri ilə birlikdə Bakıya təxliyə olunmuşdular.
