Paytaxtın Nərimanov rayonunda əcnəbi vətəndaşdan oğurluq edilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Saatlı rayon sakini Elbrus Novruzov adıçəkilən rayon ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşa məxsus içərisində 60 AZN, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.