Paytaxtın Pirallahı rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

FHN-in qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması barədə zəng daxil olub. Müraciət əsasında əməkdaşlar adıçəkilən rayon ərazisinə gediblər və qapını açdıqdan sonra mənzildə 1 nəfərin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.