Paytaxtın Səbail rayonunda gənc qızı avtomobil vurub. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

29 yaşlı Aydan İsmayılzadə Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.