Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində küçədə meyit tapılıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Adıçəkilən qəsəbənin Q.Vəzirov küçəsində Bakı şəhər sakini, 35 yaşlı Sərxan Ağakişiyevin meyiti aşkarlanıb. Cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.