Bakıda onkologiya üzrə ödənişsiz konsultasiya keçiriləcək. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az “Mediline Group Assistance”a istinadən xəbər verir.
Konsultasiya Türkiyədən dəvət olunmuş onkoloq Prof.Dr. Duygu Derin tərəfindən keçiriləcək. Konsultasiyada aşağıdakı xəstəliklər barəsində məsləhət almaq mümkün olacaq:
- Süd vəzi xərçəngi;
- Kolorektal xərçəng;
- Ağciyər xərçəngi;
- Yumurtalıq xərçəngi
Tədbir 15 fevral tarixində keçiriləcək. İştirak etmək istəyənlər 051 225 43 44 (whatsapp) və ya 051 207 38 33 (whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ünvan: Nərimanov rayonu, Balaəmi Dadaşov, 31/11.