Xəzər rayonu, Buzovna qəsəbəsində səyyar qəbul keçirilib. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Xəzər RİH-yə istinadən xəbər verir.
Görüş Ruhulla Axundov adına Mədəniyyət evində baş tutub. Xəzər rayon icra başçısı Elşən Salahov və deputat Rauf Əliyev vətəndaşları qəbul ediblər. Qəbulda İH-nin məsul şəxsləri, idarə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra başçısı sakinləri fərdi qaydada dinləyib. Sonra deputat Rauf Əliyev çıxış edərək səsləndirilən məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüləcəyini bildirib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub.
