Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evə sahibinin xəbəri olmadan 17 nəfər qeydiyyata salınıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Belə ki, qəsəbənin Həmid Sultanov küçəsində yaşayan Emin Hüseynovun sözlərinə görə, evdə 4 nəfər – o və onun ailə üzvləri qeydiyyatda olublar. Bir neçə gün əvvəl Hüseynov notariata müraciət edən zaman evində daha 17 nəfərin qeydiyyatda olduğu məlum olub.
Ev sahibi həmin şəxslərin kim olduqları və necə qeydiyyata alındıqlarını bilmir. Məsələni isə yalnız məhkəmə vasitəsilə həll etmək mümkün olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, qəsəbədə eyni ünvan adı ilə başqa küçələr də var. Böyük ehtimalla sistemdə texniki səhv baş verib. Hazırda məsələ araşdırılır.
