Paytaxtın Yasamal rayonunda avtomobil oğurlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini P.Hüseynov adıçəkilən rayon ərazisində dayanan “Volkswagen” markalı nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.

Onun barəsində araşdırmalar davam edir.