Aktyor Hikmət Rəhimovun debüt filmi beynəlxalq festivalın münsiflər heyəti və tamaşaçıları tərəfindən yüksək qiymətləndirilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az məlumat verir.
“Çılpaq” bədii filmi Praqa Beynəlxalq Film Festivalında “Ən yaxşı film” nominasiyasının qalibi olub. Festivalda müxtəlif ölkələrdən yüzdən çox film nümayiş etdirilib.
Film özünü ilk dəfə rejissor və ssenarist kimi sınamağa qərar verən aktyor Hikmət Rəhimovun debütü idi.
Filmdə baş qəhrəman rolunu əməkdar artist Rasim Cəfər, onun oğlu rolunu Hikmət Rəhimov ifa ediblər.
“Çılpaq” filmi Türkiyədə nüfuzlu “Best İstanbul” film festivalında da yüksək rəğbətlə qarşılanıb, iki nominasiyada – “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” nominasiyalarında mükafatlar qazanıb.