Paytaxtın Yasamal rayonu, 2-ci alatava, M.Xiyabani, 14 ünvanında yerləşən ət mağazasında nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
“Nağı ət dükanı” adlı ət satış mağazasında keçirilən yoxlama zamanı məlum olub ki, heyvanlar obyektin önündə saxlanılır və həmin yerdə də kəsilir.
Aşkar olunmuş faktla bağlı sahibkar məsuliyyətə cəlb olunub, onunla profilaktik söhbətlər aparılıb.
Yoxlamaların bundan sonra da davam edəcəyi bildirilir.