Fevralın 9-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Ramanı qəsəbəsində şəhid və qazi ailələri üçün tibbi aksiya keçirəcək. Bu haqda bu gün, 7 fevral tarixində Azərtac məlumat verib.
Tədbir Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə keçirilir. Səyyar Klinika sosial binalarda fəaliyyət göstərəcək.
Aksiyada məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.