Paytaxtın Sabunçu rayonunda yeniyetmə motosiklet sürücüsü qəzaya düşüb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
16 yaşlı Yusif Əliyev motosikletlə hərəkətdə olan zaman minik nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü sol qolunun sınığı ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.