Türk müğənnilərinin Bakıda keçiriləcək konsertləri ləğv olunur. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

Qardaş ölkədə baş vermiş faciə səbəbindən türk müğənniləri paytaxtımızda baş tutacaq konsertlərini ləğv edir və ya ertələyirlər.

Belə ki, 8 fevral tarixində keçirilməli olan “Anadolu Ateşi” rəqs qrupunun konserti 19 fevral tarixinə ertələnib. Biletlər həmin gün üçün keçərli olacaq.

Öykü Gürmanın 14 fevral tarixindəki konserti də təxirə salınıb. Yeni tarix hələ ki bəlli deyil.

Mahsun Kırmızıgülün 12 fevral tarixində baş tutmalı olan konsertinin də qeyri-müəyyən vaxta təxirə salındığı açıqlanıb.