Yasamalda qəzalı vəziyyətdə olan fərdi evlərin söküntüsü davam edir. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Ələsgər Ələkbərov küçəsində yaşayan sakinlərin böyük hissəsi artıq razılığa gələrək köçürülüblər. Həmin vətəndaşlar bina hazır olana qədər kirayədə yaşayacaqlar. Digər sakinlərlə danışıqlar aparılır.

“Burada yaşayan adamların bəziləri bu cür binalarda yaşamağa fobiyası olduğunu iddia edirlər, yaşaya bilmədiklərini deyirlər, həyət evlərinə üstünlük verirlər. Onun da kompensasiya variantı var. Tələblər uyğun olanda razılaşma əldə olunur, tələblər qeyri-real olanda, təbii ki, danışıqlar davam edir”, – deyə tikinti şirkətinin nümayəndəsi Rafail Mirzəyev bildirib.

Şirkət nümayəndəsi, həmçinin bildirdi ki, yaşayış kompleksində ilkin olaraq tikiləcək 16 mərtəbəli binalar 2025-ci ildə təhvil veriləcək.

Paytaxtda qəzalı vəziyyətdə olan evlər sökülür
Foto ATV