Fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) xəbərdarlıq edib. Bu haqda bu gün, 8 fevral tarixində agentliyə istinadən məlumat verir.
Xəbərdarlıq, əsasən, hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
“Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşmək, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək tövsiyə edilir”, – BNA bildirir.