Bakının Binəqədi rayonunda evdən meyit tapılıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

FHN-in qaynar xəttinə daxil olan məlumata əsasən, mənzildə bir nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.