Ötən gün sosial şəbəkələrdə Bakıda lentə alınan qırmızı “VAZ” markalı avtomobilin sürücüsünə yeni avtomobil hədiyyə olunacaq. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az məlumat verir.

Köhnə avtomobillə hərəkət edən Sərvər Bəşirli Türkiyəyə yardım aksiyasına qatılaraq yorğan-döşək və digər ləvazimatları daşıdığı üçün ictimaiyyətin böyük marağına səbəb olub. O, bu gün MTV kanalında yayımlayan “Ümid ilə gəl” proqramına davət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başlayacağını deyib.

Verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə maşın hədiyyə verəcəyini deyib.

Sərvər Bəşirli bazar ertəsi avtomobilin açarlarını alacaq.