Heydər Əliyev Fondu zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsini yola salır. Bu haqda 10 fevral tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Fondun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, budəfəki humanitar yardıma zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar daxildir.
Yardım Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilir və bu gün zəlzələ bölgəsinə çatdırılacaq.
Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi fevralın 9-u göndərilib.