Bakıda bağlı qapı arxasında qalan 2 nəfərin köməyinə xilasedicilər cəlb ediliblər. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış ünvanlarından biri Xətai rayonunda olub. FHN-in əməkdaşları mənzilin giriş qapısını açaraq içəriyə daxil olan zaman orada 1 nəfərin meyitini aşkar ediblər. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Digər köməyə ehdiyacı olan şəxs Yasamal rayonunda bağlı qapı arxasında qalıb. Xilasedicilər mənzilin qapısını açdıqda vətəndaşı halsız vəziyyətdə aşkar ediblər. Sakin aidiyyəti üzrə təhvil verilıb.