Türkiyə səfiri Cahit Bağçı paytaxtda təşkil edilən camaat namazında iştirak edib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Caspian Live-a istinadən məlumat verir.
Bu gün “Qaraçuxur” məscidində Türkiyədə güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin ruhlarına Quran oxunub, camaat namazı qılınıb.
Fevralın 6-da Türkiyədə təbii fəlakət nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18.342 nəfər həyatını itirib, 74.242 şəxs xəsarət alıb.
Ölənlər arasında 4 azərbaycanlı var.