Paytaxt ərazisində fəaliyyət göstərən daha 8 marşrut xətti üçün yeni sərnişindaşıma şirkəti axtarılır. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

41, 108A, 114A, 114B, 123, 138, 145 və 146 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan olunub.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.