Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 13 fevral tarixində Lent.az məlumat verib.

Qəsəbə ərazisində hündürmərtəbəli binada yaşayan 61 yaşlı Mətanət Məmmədova 13-cü mərtəbəsindən yıxılaraq ölüb.

Hadisənin intihar olub-olmadığı araşdırılır.