Paytaxtın Nəsimi rayonunda yerləşən 159 saylı orta məktəbin 6-cı sinif şagirdinin məktəb ərazisində intihara cəhd etməsi barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 16 fevral tarixində APA məlumat verib.
Verilən məlumata görə, şagird məktəbin direktoru tərəfindən təhqir edilib və bu səbəbdən özünə qəsd etmək istəyib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, hadisə araşdırılıb. Şagirdin müəllimlərinin və valideynlərinin məlumatı təsdiq etmədikləri bildirilib. Uşağın həmin vaxt dərsdə olduğu qeyd olunub.