Bakıda ev sahibi zəlzələ qorxusundan evini satdığa qoyub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az xəbər verir.

Ev alqı-satqısı saytlarının birində mənzilini satan şəxs elana səmimi və maraqlı bir qeyd əlavə edib. Belə ki, o zəlzələdən qorxduğu üçün evini satdığını bildirib.

“Təcili satıram 3 otaqlı evimi. Zəlzələ ilə əlaqədar olaraq qorxuram, qala bilmirəm. Hər bir şəraiti də var”, – deyə elanda yazılıb.