Xəzər rayonu, Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan 10 nəfər saxlanılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Əməliyyat zamanı Allahyar İsgəndərli saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. İsgəndərli sosial şəbəkələrdə tanımadığı Ümid adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və internet vasitəsilə Bakıda göndərdiyi heroini satdığını etiraf edib.

Həmçinin Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri və rayonun digər ərazilərində narkotacirliklə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Əməliyyatlar davam edir.