Fevralın 27-dən martın 3-dək Elm və Təhsil Nazirliyi tərəfindən 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsi keçiriləcək. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir.
5 gün ərzində tərtib edilmiş proqrama uyğun olaraq şagirdlərin iştirakı ilə gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.