Bakı Musiqi Akademiyasında bələdçi Fuad Axundovla görüş keçiriləcək. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az xəbər verir.

Görüşdə müxtəlif sahələrdə böyük müvəffəqiyyətlər qazanmış ilk azərbaycanlı qadın pianoçu, rəssam, opera ifaçısı, balerina, heykəltaraş, aktrisa və kinorejissorun həyat tarixləri haqqında məlumat alacaqlar.

“Köhnə Bakının birinci xanımları” adlı 2-ci müzakirə inqilabdan əvvəlki Bakı elitasının nümayəndələrinin həyat yoldaşlarının dramatik talelərinə həsr ediləcək.

Tədbir 2 hissədən ibarət olacaq. Görüşlər 8 mart saat 12:00 və 20:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında baş tutacaq. Biletləri iticket.az saytından almaq mümkündür. Qiymətlət 10-30 AZN arası dəyişir.