Bu gün, fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib. Bu haqda Bakuplus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Nazirliyin inzibati binasında baş tutan tədbirdə federasiyanın prezidenti Ramil Əliyevin hesabat məruzəsi dinlənilib. Bundan sonra seçkilər keçirilib.

Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib. Seçkidən sonra çıxış edən Adil Mahmudov federasiyanın planlarından danışıb.

Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidentləri, Ənvər Hüseynov, İmam Mirzəyeva və Məmməd Əlizadə isə idarə heyətinin üzvləri seçiliblər.

Azərbaycan Elektron İdman Növləri Federasiyasının yeni prezidenti seçilib
Foto Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi