Bakıda və Abşeron yarımadasında həftənin ortalarında hava şəraiti kəskin dəyişəcək, sulu qar yağacaq. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Fevralın 23-ü axşamdan başlayan yağıntının fevralın 24-də sulu qara keçəcəyi gözlənilir. Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq.
Küləyin sürəti sabah, 22 fevral tarixində 22 m/s, 24 fevral isə 21 m/s-ə kimi qalxacaq.