Ötən gün Səbaildə “BakuBus” MMC-yə məxsus olan marşrut avtobusunun vurub öldürdüyü şəxsin kimliyi məlum olub. Bu haqda bu gün, 2 fevral tarixində Manşet.az məlumat verib.

Saat 05:45 radələrində Salyan şosesi, 15-in qarşısında A.Ayvazovun idarə etdiyi avtobusla Sumqayıt şəhər sakini, 68 yaşlı Qüdrət Qayıbov vurulub.

İlkin araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib. Sürücünün sərxoş olmadığı və sürücülük sənədinin qaydasında  olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanaraq araşdırma aparılır.