Cari həftə Bakıda keçiriləcək idman tədbirlərinin siyahısı açıqlanıb. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Proqram aşağıdakı kimidir:

27 fevral:

  • 11:00 – Gənclər və idman naziri Fərid Qayıbovun idman mediası nümayəndələri ilə görüşü (Milli Gimnastika Arenası);
  • 11:00 – Dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı, 1-ci mərhələ (“Şüa” İdman Klubu);
  • 12:00 – Təmiz şəhər layihəsi (Hövsan qəsəbəsi, dəniz kənarı).

28 fevral – 1 mart:

  • “İdman – sən bir dünyasan!” rəsm müsabiqəsi iştirakçılarının əsərlərinin nümayişi (“Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzi);
  • 11:00 – Dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı, yarımfinal və final mərhələləri (“Şüa” İdman Klubu);
  • 11:00 – Dövlət qurumları əməkdaşları arasında stolüstü tennis yarışı, yarımfinal və final mərhələləri (“Şüa” İdman Klubu).

1 mart:

  • 12:00 – Şəhid övladları üçün əyləncəli idman tədbiri (“Dəniz Mall” Ticarət və Əyləncə Mərkəzi).

3 mart:

  • 10:00 – Veteran futbolçuların məhbuslarla futbol üzrə yoldaşlıq oyunu (İslah-əmək müəssisəsi);
  • 11:00 – 16 ali məktəbin iştirakı ilə tələbələr arasında “şən startlar” əyləncəli estafet yarışları (Azərbaycan Boks Federasiyasının idman zalı)

4 mart:

  • 11:00 – Nazir Fərid Qayıbovun veteran idmançılarla görüşü, veteranlar arasında nərd və dama yarışı (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası);
  • 11:30 – 6 uşaq evinin iştirakı ilə 8-14 yaşlı oğlanlar və qızlar arasında “şən startlar” əyləncəli estafet yarışları (Azərbaycan Boks Federasiyasının idman zalı);
  • 14:00 – Səfirliklər arasında qolf turniri (“Dreamland” qolf klubu).

5 mart:

  • 12:00 – Azərbaycan idman ictimaiyyətinin idman yürüşü – parad (Bakı, Dənizkənarı bulvar).