Bakı küçələrində səyyar bayram yarmarkaları təşkil olunub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az xəbər verir.
Novruz bayramının yaxınlaşması münasibətilə Bakı metropoliteninin stansiyalarının qarşısında səyyar yarmarkalar təşkil olunub. Burada müxtəlif çərəzlər və səməni ala bilərsiniz.
Satıcıların sözlərinə görə, yarmarkada qiymətlər ötən ilə nisbətən daha ucuzdur. Burada bütün məhsullar yerlidir. Yarmarka hər gün 08:00-21:00 arası açıq olur. Səyyar yarmarka 21 mart tarixinə qədər davam edəcək.
Bakıda bayram yarmarkaları işə başlayıb













