Futbol üzrə 2022/2023-cü il mövsümündə Azərbaycan kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşib. Bu haqda bu gün,1 mart tarixində Report məlumat verib.
Oyun “Bakcell Arena”da keçiriləcək. Bu haqda qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.
Ölkə kubokunun final oyunu iyunun 3-də baş tutacaq.