Bakının Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.

Yanğın söndürülüb, mənzillər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.