Nazirliyin pulunu mənimsəyən şirkət rəhbərinə hökm oxunub. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Tua-TT” şirkətinin sədri Tural Alışanlı 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.
T.Alışanlı qardaşının adına tikinti şirkəti açıb. Daha sonra dövlət qurumundakı vəzifəsindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi tenderin qalibi kimi həmin şirkəti seçib. Beləliklə, əlil insanlar üçün yaşayış evlərinin tikilməsinə ayrılan 893.000 AZN vəsaitin 190.000 AZN-ini mənimsəyib.