12:00 – Yenilənib
Şəhriyar Əlibəylinin nəşi dəfn olunması üçün II Şəhidlər xiyabanına aparılır.
11:05 – Vida mərasimi keçirilir
Yasamal rayonunda 29 yaşlı baş leytenant Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.
09:37 – Erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olublar
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şəhriyar Əlibəyli və Eşqin Hüseynov şəhid olublar. Bu haqda bu gün, 6 mart tarixində Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Şəhriyar Əlibəylinin nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib. O, bu gün İkinci Şəhidlər xiyabanında dəfn olunacaq. Şəhriyar Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Müdafiə Nazirliyi tərəfindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçusu Kamran Hüseynov martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.
Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərdən biri Bakıda dəfn olunacaq



