Bakıda idman zalında qətl törədən şəxsin məhkəmə prosesi başa çatıb. Bu haqda 6 mart tarixində Report məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin qərarı ilə 22 yaşlı şəxsi öldürməkdə təqsirləndirilən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xətai rayonunda 2021-ci il martın 1-də Bakı şəhər sakini Əli Abbasov N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən dava edib. Həmin zalda idman edən 22 yaşlı Bəxtiyar Nəsibov mübahisə zamanı Abbasova bədən xəsarətləri yetirib. Sonra Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibovun döş qəfəsinə üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.