Bakıda 6-12 mart tarixlərində bir sıra idman tədbirləri keçiriləcək.

Bu haqda bu gün, 7 mart tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.

Baş tutacaq tədbirlər aşağıdakılardır:

– “Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında minifutbol turniri;

– “Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında turnikdə dartınma üzrə turnir;

– “Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında şahmat turniri;

– “Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında stritbol üzrə turnir.

Yarışlar 9 mart, saat 11:00-da Binə qəsəbəsi, 21, 46 saylı binaların həyətində, “Abad Məhəllə”də təşkil olunacaq.