Bakılı rejissor Asif Rüstəmovun filmi Fransada keçirilmiş Festival International des Cinémas d’Asie müsabiqəsində yüksək qiymətə layiq görülüb. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az məlumat verir.

“Mərmər soyuğu” layihəsi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İTV, Bakı Media Mərkəzi və Arizona Films (Fransa) tərəfindən həyata keçirilib.

Film aşağıdakı üç festival mükafatını alıb:

– International Jury Great Prize (Beynəlxalq Münsiflər Heyətinin Böyük Mükafatı);

– Netpac Jury Award (Netpac Münsiflər Heyəti Mükafatı);

– Marc Haaz Jury Award (Mark Haaz Münsiflər Heyəti Mükafatı).

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Baş rollarda Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı çıxış ediblər.

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Fransada 3 mükafata layiq görülüb
Foto açıq mənbədən