Qayınanası və qayınatasını yandıran şəxsin cəzası azaldılıb. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Rövşən Tağıyevin həbs cəzası 18 ildən 17 ilə endirilib. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Onun 2022-ci ilin iyul ayında qayınatası və qayınanasının üzərinə benzin tökərək yandırması ilə bağlı məhkəmə hökm oxumuşdur.