Bakı bulvarında köməksiz vəziyyətdə qalan pişik xilas olunub. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə “Dəniz Mall” Ticarət Mərkəzinin qarşısında baş verib. Belə ki, pişik suyun üzünə çıxmış konstruksiyaların üzərinə çıxıb və orada qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar və pişik xilas edilib.