Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında gündəlik atmosfer havasının keyfiyyəti monitorinqinin nəticələri açıqlanıb. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Nəticələrə görə, ötən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərində dəm qazının miqdarı normadan 1,5 yüksək olub.
Dəm qazı və azot-4 oksidinin normadan yüksək olmasının səbəbi nəqliyyatın sıxlığı və digər antropogen təsirlərlə bağlıdır.