Bakıda idman zalında ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi, “Vurğun Rezidens”də yerləşən zalda baş verib. 40 yaşlı Həsən Quliyev məşq edən zaman qəfil halı pisləşib. Əraziyə Təcili Tibbi Yardım Briqadası çağırılıb, ancaq həkimlər gələnə qədər H.Quliyev dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.