İkinci Fəxri xiyabanda dəfn olunmuş Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. Bununla bağlı onun Facebook səhifəsində 9 mart axşam saatlarında paylaşım yayılıb.

Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın.

Martın 2-də 48 yaşlı ilahiyyatçı səhər saatlarında Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü bildirilir.