Bu gün, 10 mart tarixində Bakının Suraxanı rayonunun bəzi hissələrində qaz təchizatı məhdudlaşdırılacaq. Bu haqda “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat verib.

Məhdudiyyətlər Hövsan qəsəbəsini, Zığ bağlarını, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərini və MİDA yaşayış kompleksini əhatə edəcək.

Fasilə “Bahar” Qaz Tənzimləmə Məntəqəsində keçiriləcək təmir işləri ilə bağlıdır.