Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində obyektə görə bina çat verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Tarixi memarlıq binası olan dördmərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində obyekt açılıb. Sakinlərdən birinin sözlərinə görə, həmin obyektin təmiri zamanı əsas divardan qapı açıblar, sütunları söküblər. Bundan sonra 2-ci mərtəbədəki mənzildə çatlar əmələ gəlməyə başlayıb.
“Balkondur, 2 otaq, mətbəx, hamam, ayaqyolu bərbad haldadır, 2 divar bir birindən aralanır. Hər yerə müraciət etmişəm. Gəlib baxıblar, amma heç bir addım atılmır”, – deyə sakin əlavə edib.
Obyekt sahibi isə sənədləri təqdim edərək hər şeyin qanuni olduğunu və heç bir vacib divarların sökülmədiyini vurğulayıb.
Rəsmi qurumlar isə məsələni araşdıracaqları barədə açıqlama veriblər.
