Paytaxtın Yasamal rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə cəlb olunan xilasedicilər mənzilin giriş qapısını açıb və orada bir nəfərin cansız bədənini aşkar ediblər. Meyit aidiyyəti üzrə təhvil verilib.